AZ

Gəncədə baş verən yanğında xəsarət alan olmayıb - VİDEO

Gəncədə günəbaxan tumu emalı sexində baş verən yanğın zamanı xəsarət alan olmayıb.

Bizim.Media xəbər verir ki, bunu Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Cavidan Aşurov yerli büromuza açıqlamasında bildirib.

Onun sözlərinə görə, saat 04:38 radələrində FHN-in “112” qaynar xəttinə yanğınla bağlı məlumat daxil olub.
 

“Hadisə yerinə ümumilikdə 10 avtonəqliyyat vasitəsi və 60 nəfər şəxsi heyət cəlb olunub. Yanğın 1500 kvadratmetr ərazini əhatə etmişdi. Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum fabrikinin 500 kvadratmetrlik anbar hissəsi yanğından mühafizə edilib”, - deyə Cavidan Aşurov əlavə edib.


Qeyd edək ki, yanğın Gəncə şəhərinin Natavan qəsəbəsi ərazisində, Ə.Arazov küçəsində fəaliyyət göstərən günəbaxan tumu emalı sexində baş verib.



Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Seçilən
0
50
bizim.media

10Mənbələr