AZ

Acqarına məşq etmək nə dərəcədə düzgündür? - AÇIQLAMA

Məşqçi İrina Maltseva bildirib ki, acqarına məşq etmək yalnız yüngül fiziki yüklənmələr zamanı mümkündür, ağır və güc məşqləri isə mütləq qida qəbulundan sonra edilməlidir.

Redaktor.az xəbər verir ki, bu barədə o, "gazeta.ru"ya açıqlamasında deyib.

Onun sözlərinə görə, səhər saatlarında 30–60 dəqiqəlik gəzinti, yüngül qaçış, velotrenajor və sadə isinmə hərəkətləri acqarına normal şəkildə icra oluna bilər. Lakin ağır çömbəlmə, ştanq qaldırma, sprint, intensiv krossfit və uzunmüddətli kardio məşqləri acqarına edildikdə zəiflik, başgicəllənmə və zədə riski yaradır.

Mütəxəssis qeyd edib ki, yüngül səhər məşqlərindən əvvəl 300–500 ml su içmək kifayətdir. Ağır məşqlərdən əvvəl isə ən azı 2–3 saat öncə normal qidalanmaq, yaxud ən azı bir saat əvvəl banan və yoqurt kimi yüngül qidalar qəbul etmək tövsiyə olunur.

Maltseva əlavə edib ki, səhərlər başgicəllənmə, aşağı təzyiq, diabet və ya yuxu problemi olan şəxslər acqarına məşqdən çəkinməlidirlər. Həmçinin alkoqol qəbulundan sonra, hamiləlik dövründə və ya xəstəlikdən sonra bərpa mərhələsində məşqdən əvvəl mütləq qida qəbul etmək lazımdır.

NURİYYƏ

Seçilən
13
1
redaktor.az

2Mənbələr