AZ

Gələn ay 10 gün iş olmayacaq

İyun ayında 10 gün iş olmayacaq.


Pravda.az Bizimmedia-ya istinadən xəbər verir ki, iyun ayında qeyri-iş günü hesab olunan 2 bayram qeyd olunacaq.


Söhbət 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günündən gedir.


Bundan əlavə, iyun ayında səkkiz gün – 6, 7, 13, 14, 20, 21, 27, 28 iyun tarixləri şənbə və bazara təsadüf edir.


Beləcə, beş günlük iş həftəsində çalışanlar üçün iyun ayında 10 gün qeyri-iş günü olacaq. 

Tarix: 5 May 2026, 10:03   
Seçilən
2
12
pravda.az

10Mənbələr