Xəzər dənizində zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundanverilən məlumata görə, zəlzələ yerli vaxtla saat 08:45-də qeydə alınıb.
Bildirilib ki, yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağının dərinliyi isə 19 kilometr olub.