AZ

“Çelsi”nin xəstəxanaya aparılan futbolçusundan xəbər var

“Çelsi”nin 18 yaşlı debütantı Cessi Derri İngiltərə Premyer Liqasının 35-ci turunun “Nottinqem Forest”lə oyununun (1:3) ilk hissəsində əvəzlənib və daha sonra ehtiyat tədbiri olaraq xəstəxanaya aparılıb.

Publika.az xəbər verir ki, klubun mətbuat xidmətinin verdiyi açıqlamada bildirilir:

“Cessinin huşu özündədir, danışır və profilaktik testlərdən keçir. Ona tezliklə sağalmasını arzulayırıq və tibb işçilərinə tez reaksiyalarına görə təşəkkür edirik”.

Seçilən
42
publika.az

1Mənbələr