AZ

Alanya Ticarət və Sənaye Palatasının nümayəndələri ilə görüş keçirilib

İqtisadiyyat nazirinin müavini Anar Axundov Türkiyənin Alanya Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Eray Erdemin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında iqtisadi əlaqələrin inkişaf dinamikası, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının genişləndirilməsi üçün mövcud potensial vurğulanıb. Tərəflər işgüzar dairələr arasında əlaqələrin gücləndirilməsinin, birgə layihələrin təşviqinin və investisiya imkanlarının dəyərləndirilməsinin hər iki ölkənin sosial-iqtisadi inkişafında əhəmiyyətini qeyd ediblər.

Görüşdə Alanya Ticarət və Sənaye Palatası ilə sənaye, turizm, kənd təsərrüfatı və xidmət sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri nəzərdən keçirilib.

Seçilən
0
5
vergiler.az

10Mənbələr