AZ

Tramp İrana qarşı koalisiya yığır: Görün hansı ölkədən kömək istədi

ABŞ Prezidenti Donald Tramp İranın Cənubi Koreyaya məxsus yük gəmisinə hücum etdiyini açıqlayıb. Ağ Ev rəhbəri Seulu dərhal ABŞ-ın hərbi missiyasına qoşulmağa çağırıb.

Publika.az xəbər verir ki, Tramp bu barədə özünə məxsus "Truth Social" sosial şəbəkəsində paylaşım edib.

O, İranın "Project Freedom" əməliyyatı çərçivəsində hərəkət edən gəmilərə, o cümlədən Cənubi Koreya yük gəmisinə bir neçə dəfə hücum etdiyini bildirib: "Bəlkə də Cənubi Koreyanın bu missiyaya qoşulma vaxtı çatıb. Hazırda bu gəmidən başqa boğazdan keçən heç kim zərər görməyib".

Cənubi Koreya Xarici İşlər Nazirliyi BƏƏ sahillərində, Hörmüz boğazında Panama bayrağı altında üzən və Koreyanın "HMM Co." şirkəti tərəfindən idarə olunan gəmidə partlayış baş verdiyini təsdiqləyib. Məlumata görə, göyərtədə olan 24 heyət üzvündən xəsarət alan olmayıb.

"Yonhap" agentliyi qeyd edir ki, Trampın bu çağırışı enerji daşımaları baxımından həmin boğazdan asılı olan Seul üzərində təzyiqi artırır. Tramp bundan əvvəl də ABŞ ordusunun Şimali Koreya sərhədində Seulu qorumasına rəğmən, Cənubi Koreyanın Vaşinqtona kifayət qədər dəstək vermədiyini tənqid etmişdi.

Seçilən
21
11
publika.az

10Mənbələr