AZ

Trabzonun Gənclər və İdman İdarəsinin bir qrup əməkdaşı Qazaxa səfər edib

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Qazax, 5 may, AZƏRTAC

Türkiyənin Gənclər və İdman Nazirliyi ilə Azərbaycanın Gənclər və İdman Nazirliyi arasında imzalanmış protokola əsasən, Trabzon şəhər Gənclər və İdman İdarəsinin 9 nəfərdən ibarət nümayəndə heyəti “İdman mütəxəssisi Mübadilə Proqramı”nda iştirak etmək üçün Qazax-Tovuz regionuna səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, nümayəndə heyəti mayın 4-də Qazax rayonunda səfər çərçivəsində Qazax Olimpiya İdman Kompleksi ilə tanışlıq olub. Qonaqlar Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş minifutbol üzrə rayon turnirinə, cüdo üzrə yeniyetmə qız və oğlanlar arasında qərb bölgəsi üzrə U-17 region birinciliyinə, eləcə də cüdo və ağırlıqqaldırma zallarına baxış keçiriblər.

Sonra 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsini əbədiləşdirən “Qarabağ Azərbaycandır!” Abidə Kompleksi və Şəhidlər xiyabanı ziyarət olunub.

Qazax Rayon Heydər Əliyev Mərkəzi, “Qazax Gənclər Evi” Sosial Xidmət Müəssisəsi, Mehdi Hüseyn adına Humanitar və Təbiət fənlər təmayüllü məktəb-liseyin idman zalı, Qazax Tarix-Diyarşünaslıq Muzeyi, Qazax Ədəbiyyat Muzeyi, Qazax “Cümə” Məscidi, Qazax Müəllimlər Seminariyasının ADA Universitetinin Qazax Mərkəzi, Fəxri Qazaxlılar parkı ilə tanışlıq da nümayəndə heyətində xoş təəssürat yaradıb.

Səfər çərçivəsində qonaqlara Qazax rayonunda “İdman Paytaxtı – 2026” ilə bağlı görülmüş işlərə dair videoçarx nümayiş olunub.

Qazax Rayon İcra Hakimiyyətində nümayəndə heyəti ilə görüş keçirilib, iki qardaş ölkənin gənclər və idman sahələrinə dair fikir mübadiləsi aparılıb, qazanılmış uğur və nailiyyətlərdən söz açılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
azertag.az

1Mənbələr