Hesabatda Gürcüstanın Aİ-yə namizəd ölkə kimi vəziyyəti qiymətləndirilir və əsas diqqət ölkədə demokratiya, qanunun aliliyi və Avropa inteqrasiyası sahəsindəki problemlərə yönəlib. Sənəddə Avropa Parlamenti gürcü xalqı ilə həmrəy olduğunu bildirir və ölkədə demokratik geriləmə, artan təzyiqlər və düşmən ritorikadan narahatlığını ifadə edir.
Layihədə qeyd olunur ki, hakim "Gürcü arzusu" partiyası ölkənin Avropa inteqrasiyası kursunu faktiki olaraq dəyişib. Eyni zamanda, demokratik geriləməyə görə məsuliyyət daşıyan şəxslərə qarşı tətbiq edilən fərdi sanksiyalar mühüm alət kimi qiymətləndirilir və Aİ ölkələrinə bu addımları genişləndirmək çağırışı edilir.
Sənəddə həmçinin ATƏT-in "Moskva mexanizmi"nin işə salınması alqışlanır. Avropa Parlamenti xəbərdarlıq edir ki, Gürcüstan hakimiyyəti mövcud siyasəti dəyişməsə, ölkə vətəndaşları üçün vizasız rejim də təhlükə altına düşə bilər.