AZ

87 ölkəyə məxsus yük gəmiləri Hörmüz boğazından keçid üçün növbə gözləyir

Basra körfəzində yerləşən bu gəmilər hazırda təhlükəsiz keçid üçün gözləmə vəziyyətindədir.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM)nın rəhbəri, admiral Brad Cooper qurumun rəsmi saytında yayımlanan açıqlamasında bildirib.

Admiral qeyd edib: “Hazırda Basra körfəzində olan gəmilər dünyanın müxtəlif bölgələrindən 87 ölkənin maraqlarını təmsil edir”.

Onun sözlərinə görə, CENTCOM son 24 saat ərzində onlarla gəmi sahibi və nəqliyyat şirkəti ilə əlaqə saxlayaraq, onların dəniz yolu ilə təhlükəsiz keçidini təmin etmək istiqamətində tədbirlər görüb.

// Gülnarə Abasova, Editor.az

Seçilən
17
editor.az

1Mənbələr