AZ

Azərbaycan Kuboku: Final oyununun biletləri satışa çıxarıldı

BAKI, 5 may. TELEQRAF

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarılıb.

Teleqraf PFL-ə istinadən xəbər verir ki, "Sabah" – "Zirə" qarşılaşmasının biletlərini bu gündən etibarən "iticket.az" saytından əldə etmək mümkündür.

Matçın biletlərinin qiymətiləri yerlərdən asılı olaraq 5, 10, 15, 20, 30 və 50 ("VIP Gold") manatdır.

Qeyd edək ki, oyun mayın 13-də "Palms Sports Arena"da, saat 20:00-da start götürəcək.

Seçilən
7
8
teleqraf.com

10Mənbələr