AZ

“Anidəki tarixi körpünün birgə bərpası Ermənistan və Türkiyə üçün böyük turizm imkanları yaradacaq” - Ruben Rubinyan

“Sərhədlərin açılmasından sonra Anidəki tarixi körpünün birgə bərpası Ermənistan və Türkiyə üçün böyük turizm imkanları yaradacaq”.

Missiya.Az xəbər verir ki, bunu Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi, parlamentin sədr müavini Ruben Rubinyan özünün “Facebook”sosial media hesabında yazıb.

"Ötən gün protokol imzaladığımız Anidəki tarixi körpünün birgə bərpası sərhədlərin açılmasından sonra Ermənistan və Türkiyə üçün böyük turizm imkanları yaradacaq”, - deyə siyasətçi vurğulayıb.

Rubinyan qeyd edib ki, Anidəki tarixi körpünün bir hissəsi Ani xarabalıqları ilə birlikdə vahid turizm məkanına çevrilə bilər.

Xatırladaq ki, mayın 4-də Ermənistan və Türkiyə İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti çərçivəsində Ani Körpüsünün bərpası ilə bağlı anlaşma memorandumu imzalayıblar.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr