BAKI, 5 may. TELEQRAF
“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) günlərində bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək. Həmçinin “Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək".
Teleqraf xəbər verir ki, bu sözləri brifinqdə AYNA-nın ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
O bildirib ki, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
Eyni zamanda, qeyd olunub ki, xüsusi hərəkət zolaqları təşkil ediləcək.