AZ

Meloni: İtaliya Azərbaycan tərəfdaşlığı belə bir mürəkkəb dövrdə xüsusi əhəmiyyət kəsb edir

Apa.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İtaliyanın Baş naziri Ciorcia Meloni Azərbaycana səfəri ilə bağlı paylaşım edib.

APA xəbər verir ki, paylaşımda İtaliya Baş naziri Azərbaycanla strateji tərəfdaşlığı gücləndirmək məqsədilə Bakıya səfər etdiyini bildirib.

“Bu tərəfdaşlıq İtaliya üçün konkret və uzunmüddətli əhəmiyyət daşıyır.

Azərbaycanla enerji, təhlükəsizlik, nəqliyyat və logistika bağlantıları, investisiyalar və siyasi dialoq sahələrində artıq çox önəmli olan əməkdaşlığı daha da möhkəmləndirməyi və onu getdikcə ölkələrimiz üçün konkret imkanlara çevirməyi hədəfləyirik.

Qlobal səviyyədə mürəkkəb proseslərin getdiyi bir dövrdə etibarlı tərəfdaşlıqlar xüsusi əhəmiyyət kəsb edir. İtaliya ilə Azərbaycan arasındakı münasibətlər də məhz belə tərəfdaşlıqlardan biridir”, - o qeyd edib.

https://twitter.com/GiorgiaMeloni/status/2051557920827912211

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
5
34
apa.az

10Mənbələr