AZ

İrandan artan təzyiq fonunda gəmilər Hörmüz boğazından geri çəkilib

İrandan artan təzyiq fonunda gəmilər Hörmüz boğazından geri çəkilib.

Missiya.Az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.

Bildirilib ki, ötən gündən bəri Dubay sahillərindəki əraziyə təxminən 60 müxtəlif növ gəmi daxil olub. Bu say müharibə başlayandan bəri qeyri-adi dərəcədə çoxdur və hazırda ərazidə ən azı 363 gəmi var.

Qeyd olunub ki, Dubay Tehran tərəfindən yaradılan Hörmüz boğazı üzərindəki yeni nəzarət zonasının xaricindədir. ABŞ boğazda gücü tarazlaşdırmağa çalışır və İran da eyni şəkildə cavab verir. Bu, eskalasiyadır. Boğazdan ikitərəfli gəmiçiliyin tez bir zamanda bərpa olunacağını gözlənilmir.

Daşqın HəsənovMissiya.Az

Seçilən
20
missiya.az

1Mənbələr