Yenisabah portalından verilən məlumata əsasən, ain.az bildirir.
Qafqaz regionunda ilk ürək transplantasiyası edilən xəstə növbəti 6 aylıq yoxlamadan keçib.
“Yeni Sabah” xəbər verir ki, professor, Tibb elmləri doktoru, Əməkdar həkim, ürək-damar cərrahı Kamran Musayev bu barədə paylaşım edib.
“Əməliyyatdan sonrakı ən riskli hesab olunan ilk 6 aylıq dövr uğurla geridə qalıb və pasientin vəziyyəti hazırda stabildir”, - deyə cərrah bildirib.
Həkim gənc pasientə uzun və sağlam ömür arzulayıb. O, eyni zamanda cəmiyyətə çağırış edərək bildirib ki, orqan bağışlanması həyat xilas edən mühüm addımdır. Qeyd olunub ki, beyin ölümü baş verən hallarda bağışlanan hər bir orqan başqa bir insanın yaşamasına ümid verir.
Aytac Əliyeva
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.