AZ

Goradildə tapılan uşağın valideynləri müəyyənləşib

Abşeronda - Fatimeyi Zəhra məscidinin yaxınlığındakı Goradil qəbiristanlığından tapılan iki yaşlı uşağın valideynlərinin kimliyi müəyyənləşib.
 
Moderator.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, azyaşlının valideynləri artıq tapılıblar.
 
Hazırda aidiyyəti dövlət qurumları ilə birgə polis əməkdaşları tərəfindən müvafiq tədbirlərin görülməsi təmin edilir.
 
Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə iki yaşlı uşağın tapılması barədə məlumat yaymışdı.
 
Seçilən
11
2
moderator.az

10Mənbələr