Bakı, 5 may, AZƏRTAC
Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Babək Quliyev UEFA-dan dəvət alıb.
AFFA-dan AZƏRTAC-a bildirilib ki, o, UEFA-nın Almaniyanın paytaxtı Berlində hakim-inspektorlar üçün təşkil edəcəyi seminara qatılacaq.
Mayın 11-dən 13-dək keçiriləcək tədbirdə Avropanın müxtəlif ölkələrindən 70 UEFA dərəcəli hakim-inspektorun iştirakı nəzərdə tutulur.