AZ

WUF13 zamanı istismara veriləcək avtobus və taksilərin sayı açıqlanıb

WUF13 zamanı İçərişəhər–Şıx-“Sea Breeze” xətti üzrə daşımalar da təşkil olunacaq. Eyni zamanda hava limanından daşımalar 24 saat fasiləsiz rejimdə həyata keçiriləcək.

“APA-Economics” xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə WUF13 Azərbaycan Əməliyyat Şirkətinin nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov deyib.

V.Aslanov deyib ki, Bakı Olimpiya Stadionu üzrə nəqliyyatın təşkili artıq yekunlaşdırılıb:

“Stadion təkcə tədbir məkanı deyil, eyni zamanda hava limanı, otellər və digər nəqliyyat mübadilə mərkəzlərini birləşdirən əsas nəqliyyat qovşağı kimi fəaliyyət göstərəcək. Burada əsas vəzifələrimiz izdihamın idarə olunması, bütün qonaqların təhlükəsiz, fasiləsiz və effektiv şəkildə daşınmasının təmin edilməsidir. Bununla yanaşı, məkan daxilində nəqliyyat infrastrukturunun qurulması və qolfkartlar vasitəsilə daxili nəqliyyatın təşkili də həyata keçiriləcək”.

"Cebheinfo.az"

Seçilən
11
5
cebheinfo.az

10Mənbələr