AZ

Rusiyadan NATO-ya xəbərdarlıq: Fəlakətli nəticələrə səbəb ola bilər

NATO-nun Kola yarımadasında Rusiyanın strateji obyektlərinə qarşı yönəlmiş fəaliyyəti birbaşa hərbi toqquşma təhlükəsi yaradır.

Publika.az xəbər verir ki, bu barədə Rusiyanın Norveçdəki səfiri Nikolay Korçunov “TASS”a müsahibəsində bildirib.

“Şübhəsiz ki, NATO ölkələrinin hərbi infrastrukturunun və hücum xarakterli silah sistemlərinin sərhədlərimizə yaxınlaşdırılması Rusiyanın milli təhlükəsizliyi üçün təhdid yaradır”, - deyə diplomat qeyd edib.

Səfir vurğulayıb ki, alyansın qarşıdurmanı gücləndirən fəaliyyəti Arktikada təhlükəsizliyi və qlobal sabitliyi sarsıdır.

Seçilən
18
publika.az

1Mənbələr