AZ

Bayhana nə olub? “Survivor”da həyəcanlı anlar

Yenisabah portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Acun Ilıcalı “Survivor” yarışmasında baş verən bədbəxt  hadisə barədə danışıb.

“Yeni Sabah” xəbər verir ki, "Survivor Ünlüler-Gönüllüler 2026" proqramının 4 may tarixli buraxılışında yarış iştirakçısı Bayhanın səhhəti qəfil pisləşib.

Əvvəldən burun nahiyəsindən zədəsi olan Bayhanın vəziyyəti yarış zamanı daha da ağırlaşıb. O, adada özünü pis hiss edib və burun qanaması dayanmadan davam etdiyi üçün təcili xəstəxanaya aparılıb.

Gecə saatlarında isə Bayhanın vəziyyəti daha da pisləşib və bu, komandada narahatlıq yaradıb. Onun burun qanaması dayanmadığı üçün tibbi müdaxilə zəruri olub.

Acun Ilıcalı yarışma şurasında bildirib ki, Bayhan hazırda həkim nəzarətindədir və vəziyyəti izlənilir. 

Əsmətxanım Rzazadə

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
1
yenisabah.az

2Mənbələr