AZ

Əraqçi Trampın təşəbbüsünü “kor düyün layihəsi” adlandırıb

ain.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp İranla gərginliyi “mini müharibə” adlandırıb. Ağ Ev rəhbəri Vaşinqtonda kiçik biznesin inkişafına həsr olunmuş tədbirdə çıxış edərkən bildirib ki, “hazırda hər şey çox yaxşı gedir. Onların nə donanması, nə hava qüvvələri, nə hava hücumundan müdafiə sistemi, nə radar, nə də liderləri var - onların heç nəyi yoxdur".

Məlumatı “Anadolu” verib. 

Tramp bildirib ki, ABŞ İrana hücum etməklə düzgün addım atıb və bu addımı əvvəlki prezidentlər atmalı idilər: “ABŞ İran İslam Respublikasının nüvə silahına sahib olmasına icazə verə bilməz”.

İranın xarici işlər naziri Abbas Araqçi isə ABŞ-ı Hörmüz boğazında gərginliyə məruz qalma riski ilə bağlı xəbərdar edib. O, Hörmüz boğazı ətrafındakı vəziyyətə münasibət bildirərək, baş verənlərin “siyasi böhranın hərbi həll yolu olmadığını açıq şəkildə nümayiş etdirdiyini” vurğulayıb.

Əraqçi qeyd edib ki, “Pakistanın fədakar səyləri sayəsində danışıqlar irəliləyir”. 

O, həmçinin Trampın Hörmüz boğazından gəmilərin keçidini təmin etmək üçün irəli sürdüyü “Azadlıq layihəsi” təşəbbüsünü tənqid edərək, onu “kor düyün layihəsi” adlandırıb.

P.ƏMİRCANOVXQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
17
xalqqazeti.az

10Mənbələr