AZ

“Azadlıq layihəsi” missiyası da yarımçıq qaldı

ABŞ İranla danışıqlar başa çatana qədər gəmilərin Hörmüz boğazından keçirilməsini dayandıracaq.

Publika.az xəbər verir ki, bu barədə Amerika Prezidenti Donald Tramp “Truth Social” sosial şəbəkəsində məlumat verib.

Ağ Ev rəhbəri bildirib ki, tərəflər blokada tam qüvvədə qaldığı müddətdə “Azadlıq layihəsi” missiyasının icrasının qısa müddətə dayandırılması barədə qarşılıqlı razılığa gəliblər. Tramp əlavə edib ki, ABŞ bu barədə Pakistan və digər ölkələrdən müvafiq müraciət alıb.

Bundan əvvəl İslam Respublikasının ali lideri Müctəba Xamenei İranın gələcəkdə də Fars körfəzi və Hörmüz boğazını idarə etməyi planlaşdırdığını bəyan edib. Xameneinin sözlərinə görə, Tehran təhlükəsizliyi Amerikanın iştirakı olmadan təmin etmək niyyətindədir.

Seçilən
11
17
publika.az

10Mənbələr