AZ

Moskva sakinləri SMS göndərə və taksi sifariş edə bilmirlər SƏBƏB

Bizim media saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Moskvada mobil rabitə və internetin işində problemlər yaranıb.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.Bildirilir ki, Moskva sakinləri SMS göndərməkdə və mobil internetdən istifadə etməkdə çətinlik çəkirlər. Rabitə problemləri taksi xidmətlərinin işinə də təsir edib.Taksi tətbiqlərindən biri istifadəçilərə xəbərdarlıq göndərərək servisin qeyri-sabit işləyə biləcəyini bildirib:“Hazırda sabit rabitə ilə bağlı problemlər var, servis düzgün işləməyə bilər. Bütün sürücülər xəttə çıxa və sifariş qəbul edə bilmirlər”.

 

Rusiyanın “böyük dördlük” mobil operatorları — MTS, “MegaFon”, “Beeline” və T2 — daha əvvəl Moskva və Moskva vilayətində mayın 5-dən 9-dək mobil internet və SMS-lərin işində müvəqqəti məhdudiyyətlərin mümkünlüyü barədə xəbərdarlıq etmişdilər.

Məhdudiyyətlərin təhlükəsizlik tədbirləri ilə əlaqədar tətbiq oluna biləcəyi bildirilir. Operatorlar istifadəçilərə internetə çıxış üçün Wi-Fi şəbəkələrindən yararlanmağı tövsiyə ediblər.Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
7
bizim.media

10Mənbələr