Qubada üç kəndin adı dəyişdirilir.
Doğru.az xəbər verir ki, bu barədə qanun layihəsi sabah Milli Məclisin Regional məsələlər komitəsinin iclasında müzakirəyə çıxarılacaq.
Layihəyə əsasən, Qubanın Vladimirovka kəndi Elbir, Alekseyevka kəndi Çinarlı, Timiryazev kəndi isə Bəhrəli adlandırılacaq.(Mənbə: Qafqazinfo)