Bizim media saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Rusiyanın Çuvaşiya Respublikasının paytaxtı Çeboksarı şəhərində dron hücumlarından sonra bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb.Bizim.Media xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.Çuvaşiyanın rəhbəri Oleq Nikolayev Çeboksarıya ilk dron zərbələri barədə Moskva vaxtı ilə saat 02:30 radələrində məlumat verib.Onun sözlərinə görə, hücum nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılardan biri ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.Rusiya KİV-ləri hadisə yerindən görüntülər yayıb. Kadrlarda çoxmərtəbəli yaşayış binalarına ziyan dəydiyi görünür.Hücumlarla əlaqədar şəhərdə təhlükəsizlik tədbirləri gücləndirilib. İctimai nəqliyyatın hərəkətinin nə vaxt bərpa olunacağı barədə hələlik məlumat verilmir.
Bizim.Media
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.