AZ

Azərbaycanlı ekspertlər İrəvana gediblər

BAKI, 5 may. TELEQRAF

Azərbaycanlı ekspertlər İrəvanda keçirilən “İrəvan dialoqu – 2026” beynəlxalq konfransında iştirak etmək üçün Ermənistan paytaxtına səfər ediblər.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİVməlumat yayıb.

Məlumata görə, beynəlxalq tədbirdə azərbaycanlı politoloqlar Fərhad Məmmədov, Rusif Hüseynov və Zaur Şiriyev iştirak edəcəklər. Qeyd olunub ki, hər üç ekspert "Sülh körpüsü" (Bridge of Peace) təşəbbüsünün iştirakçılarıdır.

Konfrans çərçivəsində regional təhlükəsizlik, əməkdaşlıq perspektivləri və sülh quruculuğu prosesləri ətrafında müzakirələrin aparılması planlaşdırılır.

Seçilən
3
8
teleqraf.com

10Mənbələr