AZ

Qəhvə sümüklərikövrəkləşdirir– Kimlər riskdədir?




Qəhvə içənlərin sümüklərinin kövrək və sınıqlara meylli edən patoloji sümük xəstəliyi olan osteoporoz riski altında olduğuna inanılır.

Qəhvənin çox içilməsi bəzən mənfi təsirlərlə əlaqələndirilir. Bunlara sümük minerallaşmasının azaldığı osteoporoza meyllilik daxildir. Bu, qəhvənin sidiyi stimullaşdırması və bədənin sümük möhkəmləndirici maddələri daha tez itirməsinə səbəb olması ilə izah olunur.


Medicina.az xəbər verir ki, ümumi praktikant, kardioloq, 71 nömrəli Şəhər Klinik Xəstəxanasının (Moskva) baş həkimi Aleksandr Myasnikov qəhvənin sümüklərə zərərli olması iddiasını rədd edib.


Bundan əlavə, həkim bildirib ki, qəhvə müəyyən dərəcədə osteoporoz xəstələri üçün faydalıdır:

"Müsbət və mənfi cəhətləri nəzərə alsaq, qəhvə yalnız osteoporoz vəziyyətini yaxşılaşdırır".

Qəhvə ürək əzələsinə müsbət təsir göstərir və qan dövranını stimullaşdırır ki, bu da sümük qidalanmasını yaxşılaşdırır və sümük möhkəmliyini artırır. İçkinin diüretik təsirinə gəldikdə isə, o, oynaqlardan iltihaba səbəb ola biləcək maddələrin bədəndən çıxarılmasına kömək edir.

Eyni zamanda, bədəndə su səviyyəsinin qorunması həqiqətən vacibdir və qəhvə içdikdən sonra su içmək lazımdır.

Aygün Musayeva


Seçilən
6
50
medicina.az

10Mənbələr