AZ

ABL: "Sabah" bu gün ardıcıl 4-cü çempionluğunu qazana bilər

Bu gün Azərbaycan Basketbol Liqasının qalibi müəyyənləşə bilər.

Fanat.Az xəbər verir ki, bunun çempionatın final seriyasının üçüncü oyununda - "Sabah" ilə "Abşeron Lions"un növbəti duelində reallaşması mümkündür. 

Qarşılaşma Bakı İdman Sarayında baş tutacaq və saat 19:00-da start götürəcək.

"Sabah" qələbə qazanacağı təqdirdə, ölkə çempionu adına sahib çıxacaq. Bakı təmsilçisi əvvəlki iki görüşdə rəqibini məğlub edib - 98:93, 112:84.
Ev sahibi komandanın qələbəsi "bayquşlar"ın ardıcıl dördüncü dəfə çempionluq qazanmasını təmin edəcək.

Xatırladaq ki, reqlamentə əsasən, final seriyasında üç qələbəyə çatan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq. Üç oyundan sonra qalib müəyyənləşməsə, komandalar arasında əlavə görüş keçiriləcək.

Azərbaycan Basketbol Liqası
Final seriyası
5 may

19:00. Sabah – Abşeron Lions 
Bakı. İdman Sarayı. 
Seriya hesabı – 2:0 (98:93, 112:84).

Seçilən
9
1
fanat.az

2Mənbələr