AZ

Neft bazarında kəskin dönüş: Qiymətlər bir anda DƏYİŞDİ

Dünya bazarında neft qiymətləri ABŞ-nin Hörmüz boğazı üzərində gərginliyi azalda biləcəyi ilə bağlı gözləntilər fonunda ucuzlaşmağa başlayıb.

Musavat.com xəbər verir ki, bazardakı bu eniş ABŞ-nin İranın boğaz üzərindəki nəzarətini zəiflədəcəyi və tankerlərin bu marşrutla hərəkətinin bərpasına nail olacağı ehtimalları ilə bağlıdır.

Londonun "ICE Futures" birjasında "Brent" markalı neftin iyul fyuçersləri 1,21 dollar (1,06%) ucuzlaşaraq bir barel üçün 113,23 dollara düşüb.

Qeyd edək ki, ötən bazar ertəsi "Brent" 6,27 dollar (5,8%) bahalaşaraq 114,44 dollar təşkil etmişdi.

Eyni zamanda, Nyu-York Əmtəə Birjasında (NYMEX) "WTI" markalı neftin iyun fyuçersləri 2,1 dollar (1,97%) ucuzlaşaraq bir barelə görə 104,32 dollara enib. Əvvəlki sessiyada bu müqavilənin qiyməti 4,48 dollar (4,4%) artaraq 106,42 dollar olmuşdu.

Musavat.com

Seçilən
4
20
musavat.com

10Mənbələr