AZ

Ermənistan-Aİ sammitinin bəyannaməsində Ermənistan və Azərbaycan arasında sülh səyləri dəstəklənib

Avropa İttifaqı (Aİ) ilə Ermənistan Azərbaycan və Ermənistan arasında sülhün irəlilədilməsi üzrə səylərə, o cümlədən sülh sazişinin imzalanması və ratifikasiyasına qəti dəstəklərini ifadə ediblər.

Trend xəbər verir ki, müvafiq mövqe İrəvanda keçirilmiş ilk Ermənistan-Aİ sammitinin yekunlarına dair qəbul olunmuş birgə bəyannamədə öz əksini tapır.

"Biz Ermənistan ilə Azərbaycan arasında sülhün daha da institutlaşdırılması, həmçinin sülh müqaviləsinin imzalanması və ratifikasiyasının təmin edilməsi istiqamətində səyləri alqışlayırıq",-deyə bəyanatda qeyd olunur.

Bəyannamədə həmçinin 8 avqust 2025-ci il tarixində Vaşinqtonda keçirilmiş sammitin nəticələri və Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması istiqamətində atılan sonrakı addımlar da müsbət qiymətləndirilir.

Bundan əlavə, Aİ Ermənistan ilə Türkiyə arasında münasibətlərin normallaşdırılmasına, eləcə də regionda bütün kommunikasiya xətlərinin inklüziv şəkildə açılmasına tam dəstəyini bir daha təsdiqləyib.

Sənəddə vurğulanır ki, bu proseslər suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq prinsiplərinə əsaslanmalıdır ki, bu da regionda dayanıqlı sülh və sabitliyin əldə olunmasına yönəlmiş ümumi kursu gücləndirir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
0
3
olaylar.az

4Mənbələr