Yenisabah saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Dini ekstremist materialların hazırlanması, saxlanılması və yayılması, habelə dini nifrət və düşmənçiliyin salınmasında təqsirləndirilən Sayadov Orxan Fazil oğlu barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Yeni Sabah" APA-ya istinadla xəbər verir ki, Gəncə Şəhər Məhkəməsində hakim Liza Xanməmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.
Hökmə əsasən, təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
İttihama görə, Orxan Sayadov barəsində Dövlət Təhlükəsizliyi Xidməti Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama və ya yayma) və 283.1-1-ci (dini nifrət və düşmənçiliyin salınması dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində törədildikdə) maddələri ilə ittiham irəli sürüb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.