AZ

Meloninin Bakı mesajı: Enerji, logistika və sabitliyin sintezi

 “Prezident İlham Əliyevlə İtaliya Baş naziri Giorgia Meloni arasında Bakıda keçirilən görüşlər bir daha göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri artıq klassik diplomatik çərçivəni aşaraq geniş geosiyasi və geoiqtisadi məzmun kəsb edir. Bu səfər yalnız ikitərəfli əlaqələrin inkişafı deyil, həm də Avropa ilə Avrasiya arasında yeni strateji arxitekturanın formalaşması baxımından mühüm mərhələdir”.

 Bunu Ölkə.az-a açıqlamasında  Milli Məclisin VI çağırış deputatı İltizam Yusifov deyib.
Onun sözlərinə görə, görüş zamanı cənab Prezident İlham Əliyev də bəyan etdi ki,  ölkələrimiz strateji tərəfdaşdırlar və bu tərəfdaşlıq artıq real iqtisadi və siyasi nəticələrlə müşayiət olunur. “12 milyard dollarlıq ticarət dövriyyəsi və İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olması bu əlaqələrin miqyasını aydın göstərir”, - o vurğulayıb.

Enerji diplomatiyasının geosiyasi zirvəsi
Sabiq deputat bildirib ki, səfərin mərkəzində enerji faktoru dayanır: “Xüsusilə TAP vasitəsilə Azərbaycan qazının Avropaya nəqli bu əməkdaşlığı strateji səviyyəyə yüksəldir.
Prezident İlham Əliyevin açıqladığı rəqəmlər bu reallığı təsdiqləyir. Belə ki,  ötən il Azərbaycanın qaz ixracı 25 milyard kubmetr olub və bunun da 9,5 milyard kubmetri İtaliyaya yönəlir.
Baş nazir Meloni isə bu əməkdaşlığın mahiyyətini belə ifadə edib: “İtaliyaya qaz və neftin ixracı ölkəmizin enerji təhlükəsizliyində müəyyənedici rol oynayır”. Bu, Azərbaycanın artıq alternativ deyil, Avropanın enerji təhlükəsizliyində əsas aktorlardan biri olduğunu göstərir.

Enerji və bağlantılar: Bakı qlobal qovşaq kimi
İtaliya baş naziirnin “enerji və bağlantılar eyni medalın iki üzüdür” fikri Azərbaycanın artan geosiyasi rolunun mahiyyətini açır. Azərbaycan bu gün yalnız enerji ixracatçısı deyil, həm də Avropa ilə Asiya arasında strateji körpüdür.
Orta Dəhliz – Avrasiyanın yeni arteriyası

Bu marşrut Şərqlə Qərb arasında ən qısa və təhlükəsiz ticarət xətti kimi ön plana çıxır və Azərbaycanın tranzit rolunu daha da gücləndirir.
Zəngəzur dəhlizi – regional inteqrasiyanın açarı
Bu layihə regionun nəqliyyat xəritəsini dəyişərək Avropa–Mərkəzi Asiya bağlantılarını daha effektiv və davamlı edir”.

Geoiqtisadi ittifaq: Enerjidən sənayeyə
İ.Yusifov onu da qeyd edib ki, Baş nazir Meloninin də vurğuladığı kimi, iki ölkə arasındakı  kimi, əməkdaşlıq yalnız enerji ilə məhdudlaşmır: “Biz təkcə təchizat həcmləri deyil, sənaye tərəfdaşlığının keyfiyyəti üzərində çalışmalıyıq”. Bu isə növbəti  mərhələdə yeni əməkdaşlıq imkanlaırnı ortaya çıxarır ki,  bununla da Roma–Bakı xətti geoiqtisadi ittifaq modelinə çevrilir.

Cənubi Qafqazın yeni reallığı: Bakı mərkəzli sabitlik modeli
Azərbaycanın son illərdə yaratdığı siyasi və iqtisadi reallıqlar nəticəsində Cənubi Qafqaz artıq passiv region deyil, Şərqlə Qərb arasında aktiv geosiyasi mərkəzə çevrilib.
Meloninin də qeyd etdiyi kimi, qeyri-sabit beynəlxalq mühitdə “aydın və etibarlı tərəfdaşlıqların əhəmiyyəti artır”. Bu kontekstdə Azərbaycan sabitlik, əməkdaşlıq və təhlükəsizlik platforması kimi çıxış edir.

Avropa–Asiya körpüsü: Bakı faktoru
Azərbaycanın rolu artıq regional çərçivəni aşaraq  Avropanın enerji təhlükəsizliyinin təminatçısı, Avrasiyanın nəqliyyat qovşağı, geosiyasi dialoq platforması rolunda çıxış etməkdədir. 
Meloninin bu fikri xüsusi diqqət çəkərək qeyd edib ki, Azərbaycan Avropa ilə Asiya arasında fundamental qovşaq rolunu möhkəmləndirməlidir. Bu isə Bakının qlobal strateji mərkəzə çevrildiyini göstərir.

Roma–Bakı xətti nə vəd edir?
Giorgia Meloninin Bakı səfəri göstərdi ki, Azərbaycan–İtaliya münasibətləri strateji ittifaq mərhələsinə daxil olur; Avropanın enerji təhlükəsizliyi daha çox Bakı ilə bağlıdır; Orta Dəhliz və Zəngəzur layihələri Avrasiyanın yeni iqtisadi xəritəsini formalaşdırır; Cənubi Qafqaz qlobal tranzit və əməkdaşlıq mərkəzinə çevrilir. Ən əsası isə bu əməkdaşlıq modeli yalnız iqtisadi deyil, qlobal sabitlik və təhlükəsizlik arxitekturasına töhfə verən strateji platformadır”.

 Mürtəza

Seçilən
16
1
olke.az

10Mənbələr