AZ

Bakıda qətl törətməkdə ittiham olunan beş nəfərə hökm oxundu

Bakının Nərimanov rayonunda qətl hadisəsi törətməkdə təqsirli bilinən Sərxan Şahbazov, Nurani Məmmədov, Ramin Quliyev, Tural Məmmədov və Yunis Rəhimovun cinayət işi məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Hökmə əsasən, Nurani Məmmədov 17 il, Ramin Quliyev 5 il, Tural Məmmədov 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Belə ki, Nurani Məmmədova qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.7-ci maddələri ümimi ittihamdan xaric edilib. Digər təqsirləndirilən Ramin Quliyevə qarşı irəli sürülmüş Cinayət Məcəlləsinin 32.4, 120.2.2-ci və 32.4, 120.2.7-ci maddələrinə bəraət verilib.

Yunis Rəhimov 3 il və Sərxan Şahbazov isə 3 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edildilər.
Xatırladaq ki, bundan əvvəlki iclasda çıxış edən prokuror təqsirləndirilənlərdən Yunis Rəhimovun 3 il azadlıqdan məhrum edilməklə məhkəmə zalından həbs olunmasını, Nurani Məmmədovun ömürlük, Ramin Quliyevin 20 il, Tural Məmmədovun 20 il və Sərxan Şahbazovun isə 3 il azadlıqdan məhrum edilməsini təklif etmişdi.
İttihama görə, 2022-ci ilin fevralın 18-də saat 01 radələrində Nərimanov rayonu ərazisində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayevin aldıqları bıçaq xəsarətlərindən ölmələri barədə rayon prokurorluğuna məlumat daxil olub.

Seçilən
1
3
publika.az

4Mənbələr