AZ

10 ildən sonra Met Gala ya qızı və həyat yoldaşı ilə qatıldı

Baku.ws portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Dünyanın ən nüfuzlu moda tədbirlərindən biri olan "Met Gala 2026" keçirilib.

BAKU.WS xəbər verir ki, Nyu York şəhərində "Metropolitan Museum of Art"da baş tutan möhtəşəm gecədə incəsənət dünyasının tanınmışları yer alıblar.

2026-cı ilin mövzusu "Costume Art" (Kostyum sənəti) seçilib. Gecənin dress-kodu isə "Fashion is Art" (Moda sənətdir) olub.

Məşhurlar müxtəlif və fərqli dizaynlı geyimləri ilə diqqət çəkiblər.

Gecənin böyük marağa səbəb olan anı isə müğənni Beyonsun 10 ildən sonra bu qalaya qatılması olub.

O qalada həyat yoldaşı, reper Cey-Zi və qızı Blu İvi Karter ilə iştirak edib.

Beyons kristallarla işlənmiş, skelet formasında şəffaf libas geyinib. O obrazını tac aksesuarı, dalğalı saç düzümü və iri lələklərlə tamamlayıb.

Xatırladaq ki, "Met Gala" təkcə qırmızı xalça üzərində nümayiş etdirilən qeyri-adi geyimlərlə deyil, həm də topladığı milyonlarla dollar ianə ilə mədəniyyət və incəsənət sahəsinə verdiyi töhfə ilə diqqət çəkir.

Qalereya

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
baku.ws

1Mənbələr