AZ

Paşinyan Bakıya belə gələcək – Maraqlı DETALLAR

Ermənistanın baş naziri Nikol Paşinyan 2028-ci ildə Bakıda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Azərbaycana səfər etmək istədiyini bildirib. O, bu imkanın olacağına ümid etdiyini deyib.

Paşinyanın ümidinin reallaşması üçün o vaxta qədər hansı mərhələlərdən keçilməli və hansı addımlar reallaşdırılmalıdır? Məsələn, Azərbaycanla sülh sazişinin imzalanması reallaşsa, Paşinyanın Bakıya səfəri mümkün olacaqmı?

Deputat Hikmət Babaoğlu Musavat.com-a bildirib ki, Paşinyanın gələcək Azərbaycan-Ermənistan münasibətlərini müsbət görməsi təqdir edilməli hadisədir: “2028-ci ildə Azərbaycanda keçiriləcək Avropa Siyasi Birliyinin sammitində iştirak etmək arzusunu ifadə etməsi də yaxşı bir niyyətdir. Ancaq bunun üçün heç şübhəsiz ilk növbədə Azərbaycanla Ermənistan arasında paraflanmış sülh sazişi imzalanmalıdır. Amma ondan da əvvəl iyunda keçiriləcək seçkilərdə Paşinyanın qalib gəlməsi lazımdır ki, yenidən ölkənin baş naziri statusunu əldə etmiş olsun”.

Hikmət

Deputatın sözlərinə görə, sülh sənədinin imzalanmasına qədər olan keçilməli böyük mərhələ var ki, bu da Ermənistanda referendum keçirilməsi və konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarının çıxarılmasıdır: “Mənə belə gəlir ki, 2028-ci ilə qədər bunların hər birinin reallaşma ehtimalı yüksəkdir. Ermənistanda seçkilər yaxınlaşdıqca sülh niyyətində olanların mövqeyi daha da güclənir və xarici dəstək də sülh istəyən elektoratın hamisi kimi görünür. Radikallar isə daha çox radikallaşırlar və onlara xarici dəstək də azalır, eyni zamanda, prinsipial xarakter alır. Əgər bütün bunları proqnozlaşdırmağa çalışsaq, indiki vaxtda sülh tərəfdarlarının mövqeləri xeyli üstündür və bu, Paşinyanın baş nazir seçilməsini mümkün edir. Deməli 2028-ci ildə Azərbaycana gələ bilmə ehtimalının mövcud olduğu ortaya çıxır. Lakin digər iki mərhələnin də keçilməsi və nəticədə Azərbaycanla diplomatik əlaqələrin bərpa olunması lazımdır ki, Paşinyan Azərbaycana gəlsin. Nəticə etibarilə bütün bunların hamısını ümumiləşdirsək görəcəyik ki, 2028-ci ildə Paşinyanın Azərbaycana gəlməsi ehtimalı var”.

Seçilən
28
50
editor.az

10Mənbələr