Amerikalı müğənni Britni Spirs sərxoş halda avtomobil idarə etdiyinə görə 12 ay şərti cəzaya məhkum edilib.
Publika.az xəbər verir ki, bu qərarı bu gün Ventura dairəsinin Ali Məhkəməsi çıxarıb.
44 yaşlı müğənni real həbs cəzasından yayına bilib, çünki o, bununla bağlı günahını etiraf edib.
Spirsə həmçinin 571 dollar məbləğində cərimə və bir günlük həbs cəzası verilib. Bu müddət istintaq dövründə artıq çəkilmiş hesab olunub.