AZ

"Ukrayna dronları artıq Rusiya ərazisinin dörddə birini və əhalinin 70 faizini hədəfə ala bilir" - "Bloomberg"

 
"Uzaqmənzilli zərbələr müharibənin coğrafiyasını genişləndirir və Rusiyanın dərin arxa bölgələrini belə risk altına salır..."
 
Ukraynanın pilotsuz uçuş aparatları Rusiyada artıq insanların çoxunun müharibəni uzaq problem hesab etdiyi şəhərlərə qədər çatır.
 
Moderator.az xəbər verir ki, bu barədə "bloomberg.com" nəşri yazıb.
 
Ukrayna dronları Ural dağlarına çatır
 
Nəşr yazır ki, Ukraynanın uzaqmənzilli PUA-ları 1600 km dərinliyə qədər zərbə endirə bilir və Rusiya ərazisinin təxminən dörddə biri onların təsir zonasına düşür. Dronlar artıq müntəzəm olaraq ölkənin dərinliklərində, o cümlədən Ural bölgəsində hədəfləri vurur. Aprelin 25-də Yekaterinburqda çoxmərtəbəli yaşayış binasına zərbə endirilib - bu, 2022-ci ildən bəri şəhərə ilk zərərdir.
 
Aprel ərzində hava limanı dron təhlükəsinə görə bir neçə dəfə müvəqqəti bağlanıb. "Bu, şok oldu... şəhər artıq arxa cəbhə deyil", - deyə yerli sakin bildirib. Nəşr qeyd edir ki, Yekaterinburq əvvəllər müharibədən kənar sayılırdı. Şəhər Ukrayna sərhədindən təxminən 1700 km uzaqda yerləşir və İkinci Dünya müharibəsi zamanı təhlükəsiz arxa baza kimi istifadə olunub.
 
Rusiya ərazisinin dörddə biri artıq zərbə zonasındadır
 
Bildirilir ki, cəbhədə dalan yarandıqca dronların rolu artır və tərəflər hər gün yüzlərlə PUA ilə qarşılıqlı zərbələr endirir. Ukrayna eyni zamanda Rusiya neft emalı zavodlarına, sənaye obyektlərinə və ixrac infrastrukturlarına zərbələri artıraraq Kremlin gəlirlərinə təsir göstərir.
 
Prezident Vladimir Zelenski deyib ki, Ukrayna 1500 km-dən çox məsafəyə zərbə endirmək imkanına malikdir: "Bu isə Rusiya ərazisinin dörddə birini - əhalinin 70 faizdən çoxunun yaşadığı hissəni əlçatan edir". Ukrayna Çelyabinsk vilayətindəki Şaqol aviabazasına da zərbə endirərək Su-57 və Su-34 təyyarələrini hədəfə alıb.
 
Region Ukraynadan 1500-1700 km məsafədə yerləşir və mühüm sənaye mərkəzidir. Perm vilayətində "Lukoyl" şirkətinə məxsus zavodda da dron hücumu nəticəsində yanğın baş verib və qurğular zədələnib.
 
Rusiyaya hücumlar davam edir
 
Mayın 5-nə keçən gecə Rusiyanın azı 18 regionunda raket təhlükəsi elan olunub. İlk dəfə belə xəbərdarlıq Ukraynadan 2000 km uzaqda - Xantı-Mansiysk Muxtar Dairəsində də verilib. Məlumata görə, Çeboksarı şəhərində yerləşən "VNIIR-Progress" hərbi zavodu vurulub. Bu müəssisə dronlar üçün "Kometa" antenləri istehsal edir. Həmçinin Leninqrad vilayətində yerləşən iri neft emalı zavodu "Kirişinefteorqsintez" də zərbə altına düşüb.
Seçilən
3
50
moderator.az

10Mənbələr