Bilbao "Atletik"i yeni baş məşqçisini açıqlayıb.
Fanat.Az La Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda Edin Terziçə tapşırılıb.
Tərəflər müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayıblar.
Terziç 2018-2024-cü illər aralığında köməkçi məşqçi, baş məşqçi və idman direktoru qismində Dortmund "Borussiya"sında çalışıb. O, daha öncə "Vest Hem" və "Beşiktaş"da da işləyib. Sözügedən mütəxəssis 2022-ci ildən Bilbao komandasına rəhbərlik edən Ernesto Valverdeni əvəzləyib.
Nihat