AZ

Bayern Parisdəki kimi oynasa, iki top fərqi ilə qalib gələcək Tomas Müller

Fanat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Bayern Münhen"in sabiq yarımmüdafiəçisi Tomas Müller UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin cavab oyunları çərçivəsində sabah PSJ-ni qəbul edəcək (Parisdəki matçda meydan sahibləri 5:4 hesablı qələbə qazanıb - red.) Almaniya nəhənginin finala yüksəlmək şanslarını dəyərləndirib.

Fanat.Az xəbər verir ki, onun sözlərini "Bayern & Germany" belə çatdırıb:

"Möhtəşəm mənzərədir! Komandaların Parisdə ortaya qoyduqları performans bu idman növü üçün əsl reklamdır. Tərəflərin ifasında həm sürət, həm yüksək intensivlik, həm ustalıq səviyyəsi gördük. Qapılara doqquz qol vurulsa da, komandaların müdafiə planında da xoş təsir bağışladıqlarını düşünürəm. Bu səviyyədə matçda qapılara bu sayda zərbə endirilməsi nadir rast gəlinən haldır.

Məncə, cavab oyunu başqa olacaq. 60-cı dəqiqədən hər iki komanda nəticə barədə düşünməyə başlayacaq və həmin vaxtdan mübarizə daha çox taktiki müstəviyə keçəcək. Hesabda öndə olan qismən geri çəkilmək qərarına gələcək, digəri oyuna nəzarət etməyə çalışacaq.  

4:5 hesabı qəza deyil. Əlbəttə, daha rahat durumlar da olur, amma PSJ yalnız 1 top fərqi ilə öndədir. "Bayern"in evdə oynayacağını da unutmayaq. Mən şəxsən "Bayern"in Parisdəki oyununu Madriddəkindən də çox bəyəndim. Bizimkilər 2:5 hesabı ilə geridə olduğu anlarda da təslim olmayaraq öz oyunlarını oynadılar. Hər hansı xaos, çaxnaşma izləmədik. "Bayern" evdə də 90 dəqiqə Parisdəki kimi oynasa, iki top fərqi ilə qalib gələcək. Gəlin bunu edək!"

Nihat

Abunə Ol

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
6
17
fanat.az

10Mənbələr