Məşhur meyxanaçı Tərlan Novxanı növbəti dəfə avtomobil cəriməsi ilə üzləşib.
Redaktor.az xəbər verir ki, sənətçi sosial şəbəkədə paylaşdığı görüntüdə parklanma ilə bağlı narazılığını ifadə edib.
O bildirib ki, sürücülər üçün nəzərdə tutulan parklanma yerində cərimə yazılır və eyni hal bir neçə dəfə təkrarlanıb:
“Belə yerdə parkinq qoyulur və bizə cərimə yazılır. Bu hansı qanuna uyğundur? Açıqlama istəyirəm. Artıq neçənci dəfədir, belə qanunsuz cərimələr gəlir. Daha bu qədər də olmaz, insaf da dinin yarısıdır” (bakupost.az).