AZ

Kaya Kallas: Azərbaycan dəyərli və etibarlı enerji tərəfdaşıdır

Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var.

Hafta.az xəbər verir ki, bu fikri Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının Vitse-prezidenti Kaya Kallas söyləyib.

Aİ, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin gücləndirilməsinin ortaq strateji maraqlara uyğun olduğunu bildirən Kaya Kallas Azərbaycan və Ermənistan arasında sülh prosesi barədə də danışıb: “Azərbaycan və Ermənistan arasında sülh prosesində irəliləyiş tarixi bir fürsətdir və bu dinamikanı qoruyub saxlamaq vacibdir. Aİ-nin bunu dəstəkləmək üçün etimad qurucu tədbirlərdən tutmuş mina təmizləmə fəaliyyətinə qədər bir sıra vasitələri vardır ki, bu sahələrdə biz artıq ən böyük donoruq”.

Seçilən
0
14
hafta.az

10Mənbələr