AZ

Liverpul Barselona dan 45 milyonluq futbolçu ALIR

Milli.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İngiltərənin "Liverpul"  klubu transfer bazarında növbəti hədəfini müəyyənləşdirib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Mersisayd təmsilçisi İspaniyanın "Barselona" komandasında çıxış edən Runi Bardaqjini heyətinə qatmaq niyyətindədir. Klub rəhbərliyinin 20 yaşlı futbolçu üçün 45 milyon avro məbləğində təklif hazırladığı bildirilir.

İsveç millisinin üzvü hazırda Kataloniya klubunda kifayət qədər oyun şansı qazanmamasından narazıdır. "Qırmızılar" bu vəziyyəti fürsətə çevirməyi planlaşdırır və futbolçunun transferini tez bir zamanda reallaşdırmaq istəyir. İngiltərə klubu oyunçunun bazar dəyərinin yaxın gələcəkdə artacağından ehtiyat edərək, müqaviləni dünya çempionatından əvvəl bağlamağa çalışır.

Qeyd edək ki, Bardaqji bu mövsüm meydana çıxdığı 26 oyunda 2 qol vurub və 4 məhsuldar ötürmə edib.

Hüseyn

Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
2
50
news.milli.az

10Mənbələr