AZ

"Barselona" "Bayern Münhen"lə transfer mübarizəsinə girişdi

"Barselona"nın idman direktoru Deko "Nyukasl"ın futbolçusu Entoni Qordonun agentləri ilə danışıqlara başlayıb.

Bakıvaxtı.az xəbər verir ki, təxminən 60 milyon avro dəyəri olan futbolçu üçün "Bayern Münhen" də hərəkətə keçib və onun transferi üçün təzyiqləri artırır.

Bu barədə xarici KİV məlumat yayıb.

Qordonun "Nyukasl"la 2030-cu ilin yayına qədər müqaviləsi var.

O, cari mövsüm Çempionlar Liqasında 12 oyuna 10 qol vurmağı bacarıb. (Offsideplus.az)

Seçilən
0
50
bakivaxti.az

10Mənbələr