Demokrat.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
Yay aylarının vazkeçilməz tərəvəzlərindən biri olan xiyar təravətləndirici dadı və yüksək su tərkibi ilə süfrələrin əsas məhsullarından sayılır. Lakin çox vaxt bir neçə gün ərzində yumşalması və təravətini itirməsi narahatlıq yaradır. Xüsusilə soyuducuda yanlış saxlanma şəraiti xiyarlarda tez xarab olma prosesini sürətləndirə bilər. Bəs xiyarı uzun müddət təzə saxlamağın yolu nədir?Demokrat.az xəbər verir ki, xiyarların ilk günkü xırt-xırtlığını qorumaq düşündüyünüz qədər çətin deyil. Doğru üsullar tətbiq edildikdə həm təravəti daha uzun müddət saxlanılır, həm də israfın qarşısı alınır. Bunun üçün nə bahalı avadanlığa, nə də çətin proseslərə ehtiyac var.Xiyarların uzun müddət diri qalmasının ən effektiv yollarından biri rütubət balansını düzgün tənzimləməkdir. Xiyarlar həddindən artıq rütubətdə tez xarab olur, tam quru mühitdə isə sürətlə yumşalır. Buna görə xiyarı yüngül nəmli kağız dəsmala bükərək saxlamaq faydalıdır. Bu üsul həm artıq nəmi tənzimləyir, həm də tərəvəzin ehtiyac duyduğu rütubəti qoruyur.Digər vacib məqam isə saxlanma temperaturudur. Xiyarlar çox soyuq mühitdə zədələnə bilər. Soyuducunun ən soyuq rəfləri əvəzinə tərəvəz bölməsində saxlanılması daha uyğundur. Bundan əlavə, xiyarları soyuducuya qoymazdan əvvəl yumaq tövsiyə olunmur, çünki səthdəki nəmlik xarab olmanı sürətləndirə bilər.Xiyarların meyvələrdən uzaqda saxlanılması da təravət müddətini uzadır. Xüsusilə alma və banan kimi etilen qazı ifraz edən meyvələr xiyarların daha tez yumşalmasına səbəb olur. Buna görə onları ayrıca bölmədə saxlamaq daha yaxşı nəticə verir.Əgər doğranmış xiyar saxlanacaqsa, hava keçirməyən qabdan istifadə etmək ən doğru üsuldur. Açıq qalan kəsik səthlər quruma və xarab olmanı sürətləndirir. Qapalı qabda, mümkün olduqda kağız dəsmalla birlikdə saxlanması həm xırt-xırtlığını, həm də dadını qoruyur.Jalə
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.