AZ

Ehtiram Quliyev razılaşdı - “Turan”dan ötrü PUL YIĞIN

«Turan Tovuz» avrokuboklara hazırkı heyətlə getmək niyyətində deyil.

Bu haqda klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, yeni mövsümlə bağlı fəaliyyət planı hazırlanır. Həmin plana əsasən, komandanın gücləndirilməsi nəzərdə tutulub.

Başqa sözlə, büdcə artımı gündəmdədir. Amma yalnız Ehtiram Quliyevin hesabına yox.

Rayonun digər iş adamlarından, vəzifəli şəxslərindən də dəstək istəniləcək. İdarə Heyətinin sədri bu təklifi bəyənib.

Belə ki, yerli futbol ictimaiyyəti, ziyalıları və sənət adamlarının birgə məktub hazırlayaraq, tovuzlu biznesmenlərə, məmurlara göndərməsi lazım bilinib.

Vəsaitin toplanması üçün fond yaradılacaq və onun hesabatı veriləcək. Fonda yığılacaq məbləğ yeni transferlərin edilməsinə sərf olunacaq.

Qərb təmsilçisi 32 illik fasilədən sonra qitə arenasında iştirak etməyə çox yaxındır. Premyer Liqada bürünc medalı qazanmağa ən real namizəd olan «Turan» Konfrans Liqasında mübarizə aparacaq.

SPORTİNFO.AZ

Seçilən
13
39
sportinfo.az

10Mənbələr