AZ

Azərbaycan bu nəticələrə görə Koreyadan geri qaldı

Beynəlxalq Erkən Öyrənmə və Uşaq Rifahı Tədqiqatının (IELS 2025) nəticələrinə əsasən, iştirakçı ölkələr üzrə uşaqların koqnitiv və sosial-emosional bacarıqları qiymətləndirilib.

Musavat.com xəbər verir ki, Bakı və Sumqayıt üzrə inhibisiya (özünü tənzimləmə) göstəricisi 501,97, işlək yaddaş 489,34, zehni çeviklik isə 500,17 bal təşkil edib.

Müqayisədə Koreya ən yüksək nəticələrlə (577,00; 567,54; 546,36) fərqlənib. İngiltərə, BƏƏ və Flamand İcması da orta və yuxarı göstəricilər nümayiş etdirib.

Sosial və emosional inkişaf üzrə isə Bakı və Sumqayıtın nəticələri emosiyaların tanınması üzrə 501,13, emosiyanın səbəbinin müəyyən edilməsi üzrə 500,58, güvən üzrə 493,49, sosial yönümlü müsbət davranış üzrə 500,37, pozucu olmayan davranış üzrə isə 510,97 bal olub.

Tədqiqat nəticələri ölkələr arasında erkən uşaqlıq bacarıqlarının müqayisəsinə və təhsil siyasətlərinin qiymətləndirilməsinə imkan yaradır.

Şahanə Rəhimli
Musavat.com

Seçilən
13
musavat.com

1Mənbələr