AZ

Toydan gələn yüksək səsdən bir ferma toyuq qırıldı

ain.az, Medicina saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Hindistanın Uttar Pradeş əyalətində kənd sakini toy karvanınından gələn musiqidən sonra həyatının ən ağır gününü yaşayıb.

Medicina.az xəbər verir ki, fermasının yanından keçən tou mərasimi kortejindən gələn musiqi o qədər yüksəkdən idi ki, qulaqları kar edirdi.

Sabir adlı fermer yeni evlənənlərə xoşbəxtlik diləsə də, həmin an fermasındakı toyuqların yarıdan çoxunun öldüyünü görüb.

Onun dediyinə görə, toyuqlarının yüksək səsdən çoxu panikaya düşüb və qorxudan ölüb.

Qəzəblənmiş kişi polisə müraciət edərək, 140 quşunun ölümünə görə toy sahibinə iddia qaldırıb. Səlahiyyətlilər quşların faciəvi ölümünə musiqinin səbəb olub-olmadığını müəyyən etmək üçün araşdırmaya başlayıblar.

Aygün Musayeva

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
icma.az

2Mənbələr