ain.az, Bizim media portalına istinadən məlumat verir.
Xəbər verdiyimiz kimi, ötən gün axşam Fatimeyi Zəhra Məscidinin yanında 2 yaşlı oğlan uşağı tapılıb.Bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb. O bildirib ki, uşaq Mehdiabad polis bölməsi tərəfindən sığınacağa gətirilib.Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə Bizim.Media-ya açıqlamasında 2 yaşlı uşaqla bağlı bəzi detalları açıqlayıb.O, bildirib ki, uşağın valideynləri valideynlik hüququndan məhrum edilə bilər:“Uşağın hazırda durumu normaldır və sığınacaqdadır. Onunla bağlı sənədlər hazırda bizdədir. Bu məsələ ilə bağlı isə araşdırma başladılıb. Uşağın atılma səbəbi istintaqa aid məsələdir.Gecə saatlarında bir körpənin qəbiristanlıqda buraxılıb gedilməsi nə deməkdir? O, bəlkə, itin, pişiyin qurbanı olardı, onda necə olardı? Çox güman ki, valideyn hüququndan məhrumetməyə veriləcək.Bu uşaq təbii ki, sahibsiz deyil, haradasa bir ataları var, uşağa sahib çıxmadıqlarına görə, o uşaqlar tək analı kimi qeydiyyata düşür”.Naibə Məmmədova, Bizim.Media
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.