AZ

"Karvan-Yevlax" "Neftçi"yə qarşı - YENİLƏNİR

Premyer-liqada çempion bəlli olsa da, hələ cavabsız suallar var. Bunlardan biri 4-cü sıranın "Zirə"yə, yoxsa "Neftçi"yə qismət olacağıyla bağlıdısa, ikincisi elitanıhansı komandanın tərk edəcəyidi. 30-cu turun son matçı məhz bu mövzunu əhatə edəcək. Başqa sözlə, bu gün "Karvan-Yevlax" - "Neftçi" qarşılaşmasına şahidlik edəcəyik. Oyun "CBC Sport"un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
5 may
30-cu tur
Karvan-Yevlax - Neftçi 0:0
"Karvan-Yevlax"ın bu rəqiblə ev oyununun balansı: 1:+0=1-0, 0:0.
Cəzalılar: Qavi Tompson (Karvan-Yevlax), Sessi D'Almeyda (Neftçi).
"Futbol+"in proqnozu: 20-30-50.
Hakimlər: RAUF CABBAROV, Kamran Bayramov, Kərim Zeynalov, Ruslan Quliyev.
VAR hakimi: Kamranbəy Rəhimov.
VAR hakiminin köməkçisi: Zeynal Zeynalov.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Yevlax, şəhər stadionu. Saat 16.00.
Girişdə vurğuladığımız kimi, bugünkü oyun hər iki komanda üçün önəmlidi. Yevlaxlılar premyer-liqada qalmaq şansını qorumaq üçün azı bir xal qazanmağa çalıçacaq. Onlar bu dəfə də məğlubiyyətlə üzləşsə, son üç oyunda ciddi təzyiq altında mübarizə aparmalı olacaq. İş ondadı ki, "Neftçi"nin də qalib gəlməkdən başqa şansı yoxdu. Çünki "Zirə" hesabat turunda "Qəbələ"ni məğlub etməklə yenidən 4-cü pilləyə yüksəldi. Hadisələrin axarı "ağ-qaralar"ın yenidən mövqeyinə qayıtmasıyla nəticələnməlidi ki, onlar rahat nəfəs ala bilsin.
Əlbəttə, bu oyunda favorit qonaqlardı. Azı ona görə ki, yevlaxlılar hələ bu rəqiblə bacara bilməyib. Daha doğrusu, indiyə qədər komandalar arasında keçirilən iki qarşılaşmanın birindəı qalib müəyyənləşməyib, birində isə "Neftçi" qələbə qazanıb. Bakılılar topların nisbətində də öndədi - 2:1.
1. Sabah 30 23 6 1 72-21 75
2. Qarabağ 30 19 5 6 63-23 62
3. Turan Tovuz 30 16 8 6 40-22 56 
4. Zirə 30 12 13 5 38-32 49
5. Neftçi 29 12 11 6 48-31 47
6. Araz-Naxçıvan 30 11 7 12 38-54 40
7. Sumqayıt 30 11 5 14 39-42 38
8. Şamaxı 30 8 11 11 27-32 35
9. İmişli 30 7 11 12 22-39 32
10. Kəpəz 30 7 3 20 24-58 24
11. Qəbələ 30 5 5 20 26-46 20
12. Karvan-Yevlax 29 3 5 21 21-59 14
Bombardir: Coy-Lens Mikels (Sabah) – 19.
KƏNAN BAHADIR

Seçilən
14
44
football-plus.az

10Mənbələr